Bir sutka ərzində rus qoşunları Kursk vilayətində 325-ə qədər ukraynalı əsgəri öldürüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Teleqram kanalında məlumat verilib.
Departamentin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri həmçinin üç tank, bir zirehli transportyor, 36 zirehli döyüş maşını, 29 avtomobil, üç səhra artilleriya qurğusu və iki minaatan itirib.