AZ

Dünyanın ən bahalı rəsm əsərləri - Yüz milyon dollarlıq kompozisiyalar

Dünyanın müxtəlif ölkələrində keçirilən hərraclarda bəzi rəsm əsərlərinə böyük məbləğdə vəsaitlərin ödənilməsi faktlarına çox rast gəlinib. Dəyəri yüksək olan rəsm əsərləri arasında qiyməti bir neçə yüz min dollardan, bir neçə yüz milyon dollara qədər yüksələn nümunələr var. 

Dünyada ən bahalı 5 rəsm əsərinin adını və qiymətini təqdim edirik:

Məlumatlara görə, hazırda ən bahalı rəsm əsəri Leonardo da Vinçinin "Salvator Mundi" ("Dünyanın xilaskarı") əsəridir.

Bu əsər  XII Lüdovik üçün çəkilib. 1499-cu ildə çəkilən rəsm əsəri ilk dəfə 1958-ci ildə hərraca çıxarılıb. İlk hərracda əsər cəmi 60 dollara satılıb. Daha sonra, 2005-ci ildə 10 min dollara alıcı tapıb. Amma səkkiz il sonra, 2013-cü ildə əsərə verilən qiymət birdən-birə min dəfələrlə artaraq 127,5 milyon dollara çatıb. "Salvator Mundi" daha sonra, 2017-ci ildə “Christie's” hərracında 450 milyon dollara alıcı tapıb. Alıcı Birləşmiş Ərəb Əmirliyinin hökuməti olub. 


Villem de Kuninq tərəfindən çəkilən "Interchange" ("Mübadilə") reytinqdə ikinci yeri tutur.

 

Rəssam bu əsərini 1955-ci ildə 4 min dollara satıb. Amma 30 il sonra, 1989-cu ildə yapon diler rəsm əsərini almaq qərarına gəlib. O, əsəri “Sotheby's” hərracında 20,7 milyon dollara alıb. 2015-ci ildə isə rəsm əsəri öz alqı-satqı dövrünü tamamlayıb. Bu əsərə adı açıqlanmayan amerikalı bir investor 300 milyon dollar ödəyib.

Pol Sezanın "The Card Players" (“Kart oyunları”) əsəri ən bahalı olan üçüncü əsərdir.

1895-ci ildə fransız rəssamı Pol Sezannın yaratdığı bu tablosu 2011-ci ildə Qətər kral ailəsinin nümayəndələri tərəfindən alınıb. Rəsm indi 250 milyon dollar dəyərində qiymətləndirilir. 

Pol Qoqenin "Nafea faa ipoipo?" ("Toy nə vaxtdır?") əsəri də çox dəyərlidir.

Fransız rəssam və heykəltəraş bu şah əsərini 19-cu əsrdə Taitidə olarkən yaradıb. Rəssam yerli sakinlərdən, daha dəqiq desək, qızlardan ilhamlanaraq onları rəsm əsərində əbədiləşdirib. Bu sənət əsəri sonuncu dəfə 2015-ci ildə Qətər kral ailəsinin nümayəndələri tərəfindən satılıb. Rəsm hazırda 210 milyon dollar dəyərində qiymətləndirilir. 

Cekson Pollokun "Number 17A" rəsm əsərinin də dəyəri çox yüksəkdir.

2015-ci ildə əsərin yeni sahibi amerikalı investor Kennet Qriffin olub. Hazırda ekspertlər tablonu 200 milyon dollar dəyərində qiymətləndirirlər.

Beləliklə, adıçəkilən 5 rəsmi əsərinin dəyəri ümumilikdə 1,41 milyard dollardır. 

©sfera

Seçilən
18
valyuta.az

1Mənbələr