AZ

“Sumqayıt”la “Sabah”dan Azərbaycan Kubokunda heç-heçə

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün ikinci qarşılaşması Masazırda baş tutub.

“Sabah” doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib. Əliyar Ağayevin idarə etdiyi oyunda qapılara qol vurulmayıb.

Xatırladaq ki, bu komandaların əvvəlki yeganə kubok görüşündə “Sumqayıt” böyük hesabla qalib gəlib. “Gənclik şəhəri” təmsilçisi qapısını toxunulmaz saxlayıb – 3:0.

Bu mövsüm növbəti mərhələyə kimin yüksələcəyi “Sumqayıt”ın meydanında baş tutacaq cavab görüşündə müəyyənləşəcək.

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmaları fevralın 27-də və 28-də keçiriləcək.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
5 fevral

“Sabah” – “Sumqayıt” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Masazır Arena”, 18:30.

Sabah: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 99. Neqoş Kupusoviç.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 32. Elgün Dünyamalıyev, 18. Pavol Şafranko, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 12. Vensan Till, 33. Umarali Rahmonaliyev.
Baş məşqçi: Vasili Berezutski.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 11. Momo Yansane, 5. Alan Dias, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 66. Ruslan Əliyev, 75. Nadir Orucov, 95. Miloş Miloviç, 12. Georgi Xaraişvili, 23. Ronaldo Vaskes.
Baş məşqçi: Vaqif Cavadov.

Seçilən
14
arena.az

1Mənbələr