AZ

Trampın impiçmentinə dair təklif irəli sürüləcək

ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasının üzvü El Qrin prezident Donald Trampın impiçmentini təklif etmək niyyətində olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, o, qanunvericilik iclasında Trampın impiçmenti üzrə işlərə artıq başlandığını bildirib.

"Mən elan edirəm ki, iyrənc təkliflərinə və çirkin əməllərinə görə prezidentə qarşı impiçment sənədi təqdim edəcəyəm", - Nümayəndələr Palatasının üzvü deyib.

Onun fikrincə, dövlət başçısına Qəzza zolağı ilə bağlı hərəkətlərinə görə impiçment elan edilməlidir.

Xatırladaq ki, fevralın 5-də Tramp fələstinlilər oradan qonşu ölkələrə köçürüldükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlayıb.

İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında o, ABŞ-ın regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılmasına cavabdeh olacağını vəd edib.

Seçilən
1
publika.az

1Mənbələr