AZ

“Sabah” “Sumqayıt”la heç-heçə etdi

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun gününün ikinci görüşü Masazırda baş tutub.

“Sabah” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qapılara qol vurulmayıb.

“Araz-Naxçıvan” – “Zirə” və “Səbail” – “Qarabağ” oyunları sabah keçiriləcək. Bu mərhələnin cavab qarşılaşmaları isə fevralın 27-28-də baş tutacaq. Daha öncə “Neftçi” səfərdə “Kəpəz”ə 2:0 hesabıyla qalib gəlib.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
5 fevral

“Sabah” – “Sumqayıt” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
“Masazır Arena”, 18:30.

Seçilən
37
6
qafqazinfo.az

8Mənbələr