Ötən il ABŞ və Rusiya arasında ticarət dövriyyəsi 3,5 milyard dollara düşüb ki, bu da 1992-ci ildən bəri ən aşağı səviyyədir.
Oxu24.com bu barədə Amerika statistika xidmətinin məlumatına istinadən xəbər verir.
2024-cü ildə Rusiyadan ABŞ-a ixrac 3 milyard dollar təşkil edib, Amerikadan Rusiyaya tədarük isə 526 milyon dollara düşüb.
Əvvəllər ekspertlər Rusiyanın Çin-Amerika tariflərindən faydalana biləcəyini deyirdilər.
Qaydar adına İqtisadi Siyasət İnstitutunun elmi işçisi Dmitri Kuznetsov bildirib ki, Moskva tariflər səbəbindən itirilmiş həcmləri əvəz etməyə qadirdir. Eyni zamanda, o qeyd edib ki, indiki vəziyyətdə sanksiya məhdudiyyətlərini nəzərə almaq lazımdır.
Təhlilçi iki ölkə arasında ticarətə maneələr qaldırılanda hər zaman üçüncü ölkələrin faydalandığına diqqət çəkib.
Bundan əvvəl məlum olmuşdu ki, Rusiya nefti olan tankerlərin boşaldılması ABŞ sanksiyaları səbəbindən gecikib.
Nigar