AZ

İndeksasiya əsaslı pensiya artımı qulluq stajına görə əlavələr təyin olunan pensiyalara da aid ediləcək

Bakı. Trend:

2023 ilin əvvəlindən pensiyaların hər il indeksləşdirilərəkartırılmasında bütün pensiyaçılar üzrə vahid yanaşmanın tətbiqinəbaşlanıb.

Trend xəbər verirki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri HimalayMəmişovun Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyalarınindeksləşdirilərək artırılmasına dair keçirdiyi mətbuatkonfransında məlumat verilib.

Bildirilib ki, pensiyaların hər il indeksləşdirilərəkartırılması artıq qulluq stajına görə pensiyalarına əlavələr təyinedilmiş pensiyaçılara (hərbi qulluqçular, hüquq-mühafizə orqanlarıəməkdaşları, dövlət qulluqçuları və s.) da şamil olunur.

Bu da onların pensiyalarının hər il mütəmadi artımına imkanyaradıb. Hazırkı indeksasiya əsaslı pensiya artımı da qulluqstajına görə əlavələr təyin edilmiş pensiyalara da aiddir.

Həmçinin 2022-ci ildə pensiyaçılara, o cümlədən qulluq stajınagörə əlavələr təyin edilmiş pensiyaçılara ödənilən maddi yardımlaronların pensiyaları tərkibinə daxil edilərək bundan sonra yarananpensiya məbləğləri 8,1 faiz indeksləşdirilərək artırılır.

Seçilən
26
1
az.trend.az

2Mənbələr