AZ

"JPMorgan"dan "Bitcoin" hesabatı: "Gözlənilməz tendensiya!"

Yanvar ayında "Bitcoin" 108 min dollarlıq rekorda yüksəlsə də, daha sonra 2024-cü ilin noyabrında müşahidə olunan 89 min dollar səviyyəsinə qədər geriləyib.

Valyuta.Az xəbər verir ki, "Bitcoin" qeyri-müəyyən bir mənzərə yaratsa da, kriptovalyuta mədənçiliyi sektorundakı rəqabəti və çətinliyi təmsil edən "Bitcoin" şəbəkəsinin "hash"* dərəcəsi yanvar ayında artım göstərib.

"Coindesk"in məlumatına görə, "JPMorgan" analitikləri "Bitcoin" şəbəkəsinin hash dərəcəsinin yanvar ayında cüzi artdığını bildiriblər. Analitiklər qeyd ediblər ki, aylıq orta hash dərəcəsi 1% artaraq saniyədə 785 "exahash"ə** (EH/s) çatıb, mədənçiliyin çətinliyi isə aylıq müqayisədə 2% azalıb.  

Analitiklər Rejinald Smit və Çarlz Pirs bildiriblər:""Bitcoin" mədənçiliyin çətinliyindəki azalma nisbətən nadir rastlanan bir vəziyyətdir. Yanvar ayında şəbəkə çətinliyi azalsa da, mövcud çətinlik ötən ilin aprelindəki blok mükafatı yarılanmasından əvvəlki dövrlə müqayisədə 25% daha yüksək səviyyədədir."

Banka görə, yanvar ayında mədənçiliyin gəlirliliyi bir qədər artsa da, mədənçilərin gündəlik blok mükafatı gəlirində EH/s başına orta hesabla 57 200 dollar qazandığı bildirilib. Bu rəqəm dekabr ayı ilə müqayisədə 1%-dən az artımı əks etdirir.  

İZAHAT

"Hash" – verilənlərin rəqəmsal izinin yaradılması üçün istifadə olunan riyazi funksiyadır və kriptovalyutalarda əməliyyatların təhlükəsizliyini və doğrulanmasını təmin edir.

"Exahash" (EH/s) – kriptovalyuta şəbəkəsinin hesablama gücünü ölçən vahiddir və saniyədə bir kvintilyon (10¹⁸) hash əməliyyatını ifadə edir.

Rəhim

Seçilən
86
valyuta.az

1Mənbələr