AZ

Netanyahudan Trampa simvolik hədiyyə - Foto

Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşüb. Netanyahu Trampa “Hizbullah”a qarşı əməliyyatın xatirəsi olaraq biri adi, digəri qızıl olan iki peycer hədiyyə edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.

O bildirib ki, Donald Tramp peycerlərin kütləvi partlayışını “böyük əməliyyat” adlandırıb.

Qeyd edək ki, peycerlərin bombalanması əməliyyatı 2024-cü il sentyabrın 17 və 18-də Livan və Dəməşqdə həyata keçirilib. Partlayışların ilk dalğası zamanı ən azı 16 nəfər həlak olub, 3 mindən çox insan yaralanıb. İkinci dalğa baş verən zaman 25-ə yaxın adam ölüb, 700-dən çox insan yaralanıb.


Seçilən
13
5
qafqazinfo.az

6Mənbələr