AZ

Günəşli qəsəbəsində aylardır liftin işləməməsi yaşlı və əlilliyi olanlara ciddi problem yaradır VİDEO

Aylardır 9 mərtəbəli binadakı mənzillərinə piyada qalxırlar... Çünki binanın bu blokunda lift işləmir...

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Günəşli qəsəbəsi Samnir Cəfərov küçəsindəki çoxmərtəbəli binadan gedir.  Sakinlər bildirirlər ki, binanın lifti bir neçə aydır işləmir.

Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də heç bir nəticəsi olmayıb.

Məsələ ilə bağlı Bakı "Lifttəmir" İstehsalat Birliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən problemdən məlumatlıdırlar. Bir müddət öncə liftdə nazaslıq yaranıb və birliyin mütəxəssisləri tərəfindən baxış keçirilib. Həmçinin, tələb olunan ehtiyat hissələri artıq sifariş edilib və  xarici ölkələrdən gətirildiyi üçün proses uzun çəkib.

Yaxın zamanda sözügedən liftdə sıradan çıxmış ehtiyat hissələri yeniləri ilə əvəz olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
14
xezerxeber.az

1Mənbələr