"Kəpəz" ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda evdə "Neftçi"yə uduzdu - 0:2.
"Football-plus.az" xəbər verir ki, "sarı-göylər"in baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Oyun maraqlı keçdi. Meydanda yeni futbolçularımızı da gördük. Pis təsir bağışlamadılar. Hər hissədə 3-4 təhlükəli epizod yaratsaq da, qol vura bilmədik. Bu gün bəxt bizdən yana deyildi. Hər şey irəlidədi.
- Növbəti mövsümdən premyer-liqada 12 komanda olacaq. Elitada qalmaq uğrunda mübarizə aparan kollektivin baş məşqçisi kimi bu haqda nə düşünürsüz?
- Düzdü, qərarlar əvvəl ictimaiyyətdə qıcıq və anlaşmazlıq yaratdı. Amma mən belə daha yaxşı olacağını düşünürəm. Təbii ki, komandaların hamısı meydana 11 legioner buraxmayacaq. Yerli oyunçulara da şans veriləcək. Məncə, daha yaxşı premyer-liqamız olacaq. Rəqabət artacaq.
- Mövsümü premyer-liqada sonuncu pillədə bitirən komandanın 1-ci liqanın üçüncüsüylə pley-off matçında qarşılaşacağı iddia edilir. Bu sizə nə dərəcədə problem yarada bilər?
- Bu haqda yalnız qərar veriləndən sonra danışmaq olar.
- Legioner limitinin birdən-birə ləğv edilməsi planlarınıza necə təsir edəcək?
- Məşqçinin işi vəzifəsini icra etməkdi. "Kəpəz"in əsas heyətində niyə yerli futbolçu olmasın ki? Premyer-liqada qalsaq, yerli oyunçulara da şans verəcəyik. Ölkəmizdə yetərincə istedadlı futbolçu var.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta