AZ

Rusiya BMT TŞ-nin Ukrayna üzrə iclasını çağırmaq üçün sorğu göndərib

Qərb diplomatlarının fevralın 24-də mövzu ilə bağlı iclas keçirmək təşəbbüsünə cavab olaraq Rusiya BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclası üçün sorğu göndərib.

APA xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

“Qərbli həmkarlarımız artıq (fevral ayının) ilk günlərdə xüsusi hərbi əməliyyatların başlamasının 3-cü ildönümü münasibətilə fevralın 24-də görüş istədilər. Biz də dərhal Minsk tədbirlər paketini təsdiqləyən Təhlükəsizlik Şurasının 2202 saylı qətnaməsinin qəbulunun 10-cu ildönümü ilə əlaqədar fevralın 17-də görüşüçün sorğu göndərdik”, – diplomat öz “Teleqram” kanalında yazıb.

Seçilən
15
6
apa.az

7Mənbələr