AZ

ABŞ Ukrayna planını Münhen konfransında müttəfiqlərə açıqlayacaq

ABŞ gələn həftə Münhen Təhlükəsizlik Konfransında Ukrayna böhranının həlli planını açıqlayacaq.

APA xəbər verir ki, bu haqda “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Layihənin müttəfiqlərə ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq tərəfindən təqdim edəcəyi bildirilir.

Qeyd edək ki, təhlükəsizlik konfransı Almaniyanın Münhen şəhərində 14-16 fevral tarixlərində baş tutacaq.

Seçilən
1
1
apa.az

2Mənbələr