AZ

Toz şəklindəki dərmanlar niyə təhlükəlidir? – İçinə qatılanlar ORTAYA ÇIXDI

Qrip və soyuqdəymə zamanı simptomatik müalicə üçün çox vaxt toz halında olan dərmanlardan istifadə olunur. Ağrıkəsici və temperatur salma xüsusiyyətlərinə malik olduğu üçün bu preparatlara tələbat böyükdür.

KONKRET.az bildirir ki, Əczaçı Səidə Pənahovanın sözlərinə görə, sakinlər ən çox respirator xəstəliklərlə bağlı dərmanlar alırlar:

“Əsasən toz şəklində olan dərmanlar tələb olunur. Bəzən xəstələr düzgün istifadə qaydasını bilməyərək onları 2-3 saatdan bir qəbul edirlər, amma bu düzgün deyil. Arada ən azı 5 saat fasilə olmalıdır”.

Buna baxmayaraq, bir çox ölkələrdə istifadəsi qadağan edilən “Nimesil” kimi digər toz halında olan dərmanların da zərərli tərəfləri var. Terapevt Sübhan Hacıyevin sözlərinə görə, bu dərmanların bəziləri nimesulid tərkibli olduğu üçün ciddi fəsadlara yol aça bilər. Bundan başqa, toz halında olan dərman vasitələrinin istifadəsi allergik reaksiyası olan insanlar üçün təhlükəli sayılır.

“Belə dərmanların tərkibində kifayət qədər ciddi molekullar var. Onların qeyri-rasional və həkim nəzarəti olmadan qəbulu həm qaraciyər, həm böyrəklər, həm də mədə-bağırsağın fəaliyyətinə ciddi fəsadlar törədə bilər. Xəstələr həkim məsləhəti olmadan dərman molekullarına müraciət etməsinlər”, – deyə o əlavə edib.

Ətraflı Baku TV-nin süjetində:

Seçilən
0
7
konkret.az

8Mənbələr