AZ

Kimlərə xəngəl yemək olmaz?

Hava soyuyan kimi yemək kimi xəngəl arzulanır. İstər gürcü, istərsə də yarpaq xəngəli Azərbaycan insanının qış boyunca sevərək yediyi təamlardandır.

Qış aylarında yağlı ətlə xəmir yeməyi bədəni qüvvətli və isti edir.

Ancaq mütəxəssislər bu yeməyin hər kəs üçün uyğun olmadığını, ziyanlı olduğunu iddia edir.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, sağlam insan da xəngəl yeyərək orqanizminə ziyan vura bilər. Bu da yediyi yeməyin miqdarından asılıdır: 

"Ancaq bu yeməi az yeyilsə  heç bir ziyanı olmaz. Xəmir yeməklərinin əsasən zərərli tərəfi, mədə bağırsaq sisteminə verdiyi ağırlıqdan ibarətdir. Həzm olunma prosesi xəmir yeməklərində o qədər də yaxşı getmir və əgər mədə bağırsaq sisteminin müəyyən disfunksiyaları varsa, xeyli ciddi narahatçılıq verə bilər. Bu baxımdan həmin yeməkləri günün birinci yarısında və ya erkən vaxtlarda yemək məsləhət görülür.  Onu da qeyd edim ki, xolestrolu yüksək olan şəxslərdə, qan təzyiqi tez-tez dəyişən adamlarda, şəkərli diabeti olan şəxslərdə həddindən artıq və yüksək xolestrollu qida qəbulu təzyiqi artıra bilər. Bu da beyinə qan sızmasına, insulta və sairin yaranmasına gətirib çıxara bilər".

Sevinc

Seçilən
10
hit.az

1Mənbələr