AZ

Yeni Günəşli qəsəbəsində yeni tikilən binaya su verilmir - ŞİKAYƏT VİDEO

Yeni tikilən binaya 2 ilə yaxındır su verilmir.

Xezerxeber.az xəbər verir ki, paytaxtın  Yeni Günəşli ərazisində yerləşən "Sahil - S" MTK-nın inşa etdiyi binanın sakinləri iddia edirlər ki, binaya vaxtı ilə texniki şərt verilsə də, su sayğacları qoyulmayıb. Onlar etiyaclarını ödəmək üçün öz hesablarına su hovuzu da tikdirdiklərini bildirirlər.

İndi isə binaya verilən texniki şərt bitdiyinə görə Dövlət Su Ehtiyatları Agentliyi su sayğaclarını quraşdırmır.

Sakinlər bildirirlər ki, binada yaranan digər kommunal xidmətlərin sayğac problemləri qurumlar tərəfindən vaxtında həll edilsə də, su problemi qurum tərəfindən həll olunmur.

Onların sözlərinə görə, texniki şərtin uzadılması və sayğacların quraşdırılması ilə bağlı dəfələrlə Dövlət Su Ehtiyatları Agentliyi agentliyinə müraciət olunsa da, indiyə kimi tədbir görülməyib.

Bəs digər qurumlar binaya sayğacların quraşdırılmasını vaxtında həll edibsə, Dövlət Su Ehtiyatları Agentliyi indiyə qədər texniki şərtin uzadılması və sayğacların quraşdırılması prosesini niyə yubadıb?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
17
xezerxeber.az

1Mənbələr