Bakı. Trend:
Tez-tez şahidi oluruq ki, kənarda yaşayan valideyinlər hər günuşaqlarını mərkəzdəki məktəblərə gətirir. Bu da kütləvi hal aldıqdaartıq gərəksiz tıxaca səbəb olur. Bəs, valideynlərin bu addımıatmasına səbəb nədir?
Mərkəzdən kənarda yaşayan şagirdlərin öz yaşadıqlarıərazilərdəki məktəblərə getmələri üçün hansı işlər görüləbilər?
Mövzu ilə bağlı Trend-ə danışan təhsil eksperti ElçinƏfəndiyev bildirib ki, son dövrlər valideyinlərinəksəriyyəti övladlarının şəhər mərkəzlərində yerləşən təhsilmüəssisələrində təhsil almalarına çalışırlar:
“Amma düşünürəm ki, bu yanlışdır. Çünki təhsil haqqındaqanunvericilikdə də, Elm və Təhsil Nazirliyinin hər dəfəçağrışlarında da qeyd olunur ki, ən yaxşı məktəb sizə yaxın olanməktəbdir. Yəni, məsafə baxımından, uşaqların yorulmamasıbaxımından, eyni zamanda uşaqların məktəbə daha rahat gediş-gəlişibaxımından ən yaxında olan məktəb daha əlverişlidir. Bəzivalideynlər düşünürlər ki, şəhərin mərkəzində yerləşən məktəblərdədaha yaxşı, keyfiyyətli tədris həyata keçirilir. Amma bu düşüncəmənim fikrimcə yanlışdır. Çünki istənilən halda təhsilmüəssisələrində çalışan təhsilverənlərin hər biri müvafiq olaraqElm və Təhsil Nazirliyinin mərkəzləşmiş qaydada işə qəbulimtahanları ilə işə qəbul edilir. Yəni, onların bilik vəbacarıqları həm müəllimlərin işə qəbul imtahanlarında, həm dəsertifikasiya əsasında, o cümlədən müvafiq diaqnostika əsasındayoxlanılır. Bu da onu deməyə əsas verir ki, bir məktəbdə yaxşı,digər məktəbdə pis müəllim var prinsipi deyil. Sadəcə olaraqseçdikləri məktəbin mərkəzdə olması və ya mərkəzdən kənar olmasıvalideynlərin diqqətində olan məsələdir”.
Ekspert qeyd edib ki, valideynlər bu addımla özləri də bilmədənqanunvericiliyin tələblərini pozurlar.
“Sanki onlar düşünürlər ki, mərkəzdə olan məktəblərdəkeyfiyyətli təhsil var. Bu zaman valideynlər özləri bilmədənqanunvericiliyin tələblərini pozmuş olurlar. Çünki əsasənqeydiyyatda olduqları rayon və ya yaşadıqları ərazilər üzrəməktəblərdə qeydiyyata alınmaları vacibdir. Halbuki onların övladışəhər mərkəzində təhsil alır amma yaşayış yeri hansısa kənar birrayondur. Bu zaman həmin valideyn mərkəzdə yaşayan vətəndaşların datəhsil hüququnu pozmuş olur. Ona görə də bu amillər mütləq nəzərəalınmalıdır. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi şagirdlərinməktəbə qəbulu qaydalarını bir qədər sərtləşdirməlidir ki, konkretolaraq həmin ərazidə yaşayan şəxslər qeydiyyata alınsınlar. Əlavəolaraq valideynlərin fikrində formalaşan "şəhərin mərkəzində dahayaxşı müəllimlər çalışır" prinsipini qırmaq lazımdır. Hər birtəhsil müəssisəsi rəhbəri də çalışmalıdır ki, həmin məktəbin nüfuzudaha da yüksək olsun. Belə olan halda həmin ərazidə yaşayanvalideynlər də övladlarının yaşadıqları yerdə təhsil almalarınaçalışacaqlar. Bu amillər həm də şəhərdə sıxlıq məsələsinin dəqarşısını ala bilər. Çünki valideyn daha uzaq məsafəyə övladınıapararkən tıxacın da yaranmasına bir qədər təsir göstərir.Fikrimcə, bununla bağlı da qarşıdakı zamanda müvafiq tədbirlərgörüləcək”,- deyə o əlavə edib.
Təhsil eksperti Qoşqar Məhərrəmov isə Trend-ə bildiribki, məktəblərin kənar zonalarla şəhər mərkəzlərində eyni vəziyyətəgətirilməyi ideal bir haldır.
"Bu, bir çox ölkənin nail ola bilmədiyi məsələdir. Kənddə, şəhərmərkəzində olan bütün məktəblər aşağı-yuxarı təhsilin keyfiyyətibaxımından eynidir. İnsanlar əsasən, məktəbin sosial vəziyyətinəgörə, idman zalı, laboratoriya, mühit, müəllimlərin keyfiyyətiməsələlərinə görə, məktəb seçimi edir. Seçim zamanı valideyn də,şagird də istəyər ki, məsafə yaxın olsun. Amma bəzən məsafənin uzaqolmasına rəğmən, insanlar hər gün bir saatlıq yolu, məsafəni qətedir və yaxşı məktəbdə təhsil almaq üçün bunu seçir. Bəzən də çoxqəribədir ki, xüsusən də Bakıda insanlar anası, atası hansı məktəbəgedibsə, uşaq da o məktəbdə təhsil almaq istəyir. Daha doğrusuvalideynləri tərəfindən buna təşviq olunur ki, sən bu məktəbdə oxu.Halbuki o məktəbin xüsusi bir cəhəti yoxdur. Bəzən insanlar sadəcətəhsilin keyfiyyəti üçün məktəb seçimi etmir, elə ata-anasınınseçimi səbəbilə gedib şəhər mərkəzindəki məktəbdə təhsil alır.Halbuki Nardaranda, Maştağada və ya Binədə, Zirədə olan məktəblərşəhər mərkəzində olan məktəblərdən bəlkə də daha keyfiyyətlidir",-deyə o əlavə edib.
O qeyd edib ki, rayon, kənd yerləri ilə şəhər mərkəzlərindəyerləşən məktəblər arasında çox fərqlər var:
"Əlavə olaraq ölkə miqyasında fikirləşsək rayon, kənd yerləriilə şəhər mərkəzlərində yerləşən məktəblər arasında çox fərqlərvar. Fikrimcə, bu fərqləri aradan qaldırmaq da infrastrukturla,qazlaşdırma, internetləşdirmə ilə əlaqədardır. Bu yerdə müəlliminkeyfiyyəti çox da ön plana çıxmır. Bununla bağlı da işlər görülür.Xüsusilə Elm və Təhsil Nazirliyinin müvafiq idarələri bu məsələlərəbaxır. Məktəblərdə ildən-ilə qazlaşdırma, internetləşdirmə işlərigörülür. Bu işlər tamamilə yekunlaşdıqdan sonra düşünürəm ki,şagirdlərin kənardan mərkəzə üz tutması məsələsi həllediləcək".