AZ

İki minik avtomobilinin toqquşması üç nəfərin həyatına son qoydu VİDEO

Ani diqqətsizlik yollarda can almağa davam edir...

Xezerxeber.az xəbər verir ki, ötən gecə 3 nəfərin ölümü ilə baş verən qəza xəbəri paytaxtın Xəzər rayonu Zirə qəsəbəsindən gəlib. Saat 1-də polisə məlumat daxil olub ki, Qala-Zirə yolunda iki minik avtomobili toqquşub. Dərhal hadisə yerinə yol polis əməkdaşları və təcili tibbi yardım biriqadaları cəlb edilib.

Samir Paşayevin idarə etdiyi "Saipa" markalı avtomobillə, Nazim Musayevin idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşması zamanı yol infrasturukturuna da zərər dəyib. Əyrixəttli tirlər əzilib.

Məlumatlara görə, ''Saipa'' markalı avtomobildə olan sərnişinlər - Polad Salmanov, Rövşən Hüseynov və  ''Toyota Prius''un sərnişini Nizami Soltanov hadisə yerində ölüb. Məlumatlara görə, qəzaya sürücülərdən birinin qarşıdan gələn nəqliyyatın yoluna çıxması zamanı baş verib.  Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
9
xezerxeber.az

1Mənbələr