ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həllinə dair planı fevralın 14-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında açıqlanacaq. Sülh planını Trampın xüsusi nümayəndəsi Keyt Kelloq təqdim edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, atəşkəs planı üç əsas istiqamətdən ibarətdir.
Birincisi, münaqişənin dondurulması;
İkincisi, Rusiya qoşunlarının işğal etdiyi ərazilərin statusunun qeyri-müəyyən vəziyyətdə saxlanılması;
Üçüncüsü, Ukraynanın Moskvaya təhlükəsizlik zəmanətləri verməsi; (Rusiyanın bəzi tələblərinin yerinə yetirilməsi)
Planın təfərrüatı və müzakirənin necə keçəcəyi bilinmədiyi üçün Trampın planının qəbul olunub-olunmayacağını da söyləmək çətindir.