AZ

Hər kəsin xeyriyyəçilik üçün pul yığmaq hüququ varmı? – ARAŞDIRMA VİDEO

"Bir manat göndərsən belə onun yaşamasına yardımçı olarsan", "Verdiyin sənindir, yığdığın deyil" və s. kimi elanlar tez- tez qarşımıza çıxır. Elanda xəstə uşaq, yaxud böyüyün şəkil, videoları yeləşdirilir, yanına da kart nömrəsi yazılır.

Bəs hər kəsin xeyriyyəçilik üçün pul yığmaq hüququ varmı?

Hüquqşünas Şamil Paşayev "Xəzər Xəbər"ə bildirib ki, bu, qanunvericiliyə uyğun olaraq bu, qəbuledilməzdir.

Bununla bağlı şəxslər 8000 manatadək cərimə oluna bilərlər. O da, bildirildi ki, paylaşılan karta pul atmaq bəzən gözlənilən nəticəni vermiyə bilər.

Hüquqşünas bildirdi ki, konkret olaraq hər hansı xəstəliklə bağlı öz kartınızı paylaşmağınız, sizə məsuliyyət vermir, amma bu halda, bu məbləğin xərclənmə yerinə görə məsuliyyətə səbəb ola bilər. O da qeyd olundu ki, xarici ölkə təcrübələrinə əsasən, şəxs, övladı xəstədirsə, onun həqiqətən köməyə ehtiyyacı varsa, pulun yığılmasıyla bağlı müvafiq nazirlikdən yaşıl kart alır. Həmin  kartın nömrəsini internetdə axarışa vurduqda da məlumatın dəqiqliyini yoxlamaq olur. Bunun Azərbaycanda da tətbiqi yararlı ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
3
2
xezerxeber.az

3Mənbələr