Fevralın 5-i axşam saatlarında Rusiya ordusu Odessa vilayətinə raket zərbəsi endirib.
Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəstəxanadadır.
Yerli vaxtla saat 18:49-da Ukrayna Hərbi Hava Qüvvələri rusların cənub və cənub-şərq istiqamətlərində taktiki aviasiyasının fəaliyyəti və hava silahlarından istifadə təhlükəsi (həmçinin ballistik təhlükə) barədə xəbərdarlıq edib.
Daha sonra Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper bəyan edib ki, düşmən bölgəyə raketlə hücum edib.
“Odessa vilayətində yarımçıq tikilmiş yaşayış binasına Rusiyanın raket hücumu nəticəsində bir nəfər həlak olub, bir nəfər isə xəstəxanada ağır vəziyyətdədir”, - deyə o bildirib.
O, həmçinin qeyd edib ki, mülki infrastruktura ziyan dəyib.
Zaur, BakuPost