"Çin və ABŞ arasındakı ticarət müharibəsində qalib olmayacaq".
HİT.az xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cyan bildirib.
"Ticarət və tarif müharibələrində qaliblər yoxdur və təzyiq və təhdidlər Çinə təsir etməyəcək", deyə rəsmi bildirib.
Fevralın 2-də ABŞ prezidenti Donald Tramp Meksika, Kanada və Çindən gələn mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında fərman imzalayıb. Meksika və Kanada üçün tarif dərəcəsi 25%, Çin üçün isə 10% olub. Daha sonra Vaşinqton bu ölkələrdən gələn mallara 25% idxal rüsumunu 30 gün müddətinə dayandırıb, lakin Çindən gələn mallara tətbiq edilməyib.
Bundan əvvəl Çinin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yanında daimi nümayəndəliyi bildirmişdi ki, ABŞ-ın Çin mallarına tətbiq etdiyi 10 faizlik gömrük rüsumları ikitərəfli iqtisadi əməkdaşlığa mane olur və qlobal təchizat zəncirlərinin sabitliyini pozur.
Samir