AZ

Bezos Trampa görə iqlim dəyişikliyinə qarşı mübarizəni maliyyələşdirməyi dayandırdı

"Amazon"un qurucusu milyarder Ceff Bezos iqlim dəyişikliyi iddialarına qarşı çıxan ABŞ prezidenti Donald Trampı qəzəbləndirməmək üçün iqlim tədqiqatı təşkilatı SBTi-ni maliyyələşdirməyi dayandırıb. 

Valyuta.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Bezosun 10 milyard dollarlıq fondu şirkətlərə sıfır karbon ayaq izinə nail olmaq üçün hədəflər qoyan “Science Based Targets” təşkilatından dəstəyini geri götürüb.

"SBTi-nin maliyyələşdirilməsini dayandırmaq qərarı qismən ona görədir ki, Bezos əvvəllər iqlim dəyişikliyini saxtakarlıq kimi qələmə verən Trampı qıcıqlandırmaq istəmir", deyə nəşr yazır.

Nəşr qeyd edir ki, Bezos "Meta" şirkətinin rəhbəri Mark Zukerberqlə birlikdə antiinhisar xidmətlərinin təzyiqlərini aradan qaldırmaq və süni intellektin tənzimlənməsi məsələlərində iştirak etmək üçün Tramp administrasiyası ilə münasibətləri yaxşılaşdırmaq istəyir.

Bundan əvvəl ABŞ prezidenti Donald Trampın administrasiyasının Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) iqlim dəyişikliyi məsələləri ilə məşğul olan 1100-dən çox əməkdaşına hər an işdən çıxarıla biləcəkləri barədə xəbərdarlıq etdiyi bildirilib. Amerika Hökumət İşçiləri Federasiyasının liderləri bu addımı Trampın bəyənmədiyi quruma qarşı açıq-aşkar təzyiq cəhdi adlandırıblar.

Paşa Məmmədli
 

Seçilən
128
32
valyuta.az

10Mənbələr