MLS təmsilçisi “Atlanta Yunayted” İngiltərə çempionatından transferini tamamlayaraq liqa tarixində transfer rekorduna imza atıb.
Publika.az xəbər verir ki, ABŞ komandası “Midlsbro”nun forvardı Emmanuel Latte-Latanın keçidi üçün 21,25 milyon avro ödəyib. Tərəflər müxtəlif bonuslar barədə razılığa gəldikləri üçün transfer məbləği arta bilər.
Latte-Latanın transferi MLS tarixində ən bahalı keçid olub. Əvvəlki rekord bir neçə gün davam edib. Söhbət belçikalı hücumçu Kevin Denkay “Serk Brügge”dən “Sinsinyati”yə 15,3 milyon avroluq transferindən gedir.