Samara şəhərinin keçmiş meri Viktor Tarxov və onun həyat yoldaşı Natalya güllələnərək öldürülüb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, məlumatı nəşrə hüquq-mühafizə orqanlarındakı mənbə təsdiqləyib. O, mediada üzərində güllə yaraları olan meyitlərin tapılması ilə bağlı yayılan xəbərləri belə şərh edib.
“Bəli”, - mənbə təsdiqləyib.
Əldə edilən son məlumatalara görə, Viktor Tarxov və həyat yoldaşı Natalya güllələnməyiblər. Onlar ölümcül döyülüblər, daha sonra cəsədləri təxminən bir aya yaxın metal çəlləklərdə saxlanılıb. Bu barədə RTVI məlumat yayıb.
Müstəntiqlərin fikrincə, əsas şübhəli cütlüyün nəvəsi, hazırda həbsdə olan, lakin ifadə verməkdən imtina edən Yekaterina Belskayadır.
Tarxov 2006-2010-cu illərdə Samara şəhərinin meri olub. Eyni zamanda, qızı “Samara VVV-Avia” MMC-nin özəl təyyarə istehsalı şirkətinin rəhbəri idi. 2022-ci ilin dekabrında o, regional dumanın deputatından 200 milyon rubl pul tələb etdiyi üçün ümumi rejimdə 7 il müddətinə azadlıqdan məhrum edilib.
QAZİLER.AZ