AZ

İran yeni ABŞ administrasiyası ilə mübahisəli məsələləri diplomatik yollarla həll etməyə hazırdır

İran hakimiyyəti prezident Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyasına iki tərəf arasında mübahisələri diplomatik yollarla həll etmək şansı verməyə hazırdır.

Editor.az xəbər verir ki, bu barədə bu gün, fevralın 5-də yüksək vəzifəli iranlı mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb. “Klerikal idarə diplomatiyaya (İran rəhbərliyi) və Donald Trampa daha bir şans vermək niyyətindədir, lakin Tehran İsrailin təxribatından dərin narahatdır”, – deyə “Reuters” adı açıqlanmayan yüksək vəzifəli məmurdan sitat gətirir. Agentliyin həmsöhbəti vurğulayıb ki, əgər Vaşinqton İran tərəfi ilə razılaşmaya çalışırsa, Amerika administrasiyası “İsraili sakitləşdirməlidir”.

Qeyd edək ki, fevralın 4-də Donald Tramp İrana qarşı “maksimum təzyiq” siyasətini yeniləyən fərman imzalayıb. Amerika lideri sənədi imzalayarkən qeyd edib ki, “bu, İran üçün çox ağır fərmandır”. “Reuters”in Amerika mənbələrinə istinadən verdiyi məlumata görə, fərman İranda nüvə silahının yaradılmasının bütün yollarını bağlamaq məqsədi daşıyır.

//Samir Qurbanov, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr