AZ

Əmək pensiyalarının nə qədər artırılacağı məlum oldu – SƏRƏNCAM, MƏBLƏĞ

Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” yeni Sərəncamı nəticəsində Azərbaycanda əmək pensiyalarının məbləği 8,1% artırılacaq. 

FED.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunda prezidentin sərərncamı ilə əlaqədar keçirilən brifinqdə DSMF-nin sədri Himalay Məmişov bildirib.

Qeyd edək ki, indeksləşdirmə barədə sərəncama uyğun olaraq həm əmək pensiyalarının məbləği, həm də vətəndaşların fərdi hesablarındakı pensiya kapitalının məbləği indeksləşdirilərək artırılıb.

Amma pensiyaların və pensiya kaitalının artım səviyyəsi fərqlidir.

Belə ki, qanunvericiliyə əsasən pensiyanın məbləği başa çatan il ərzində ölkə üzrə orta aylıq əmək haqqının artımına uyğun artırılır. 2024-ci ildə ölkədə əmək haqları orta hesbala 8,1% artıdığına görə, 2025-ci ildə əmək pensiyaları 8,1% artırılıb. Bu artım ölkədəki bütün pensiyaçılara, 1,1 milyon nəfərə şamil edilib. Nəticədə ölkədə əmək pensiyalarının orta məbləği 497 manatdan 537 manata yüksəlib.

Prezidentin sərəncamına əsasən, vətəndaşların DSMF-dəki fərdi pensiya hesablarındakı pensiya kapitalının məbləği də indeksləşdirilib. Amma pensiyanın məbləğindən fərqli olaraq pensiya kapitalının məbləği başa çatan ildə inflyasiyaya uyğun olaraq, yəni 2,2% artırılıb.

Seçilən
21
fed.az

1Mənbələr