AZ

ABŞ Qəzzanı boşaldır: 2 milyon insan yerindən-yurdundan sürgün ediləcək

ABŞ prezidenti Donald Trampın Qəzza zolağının 2 milyona yaxın sakininin qonşu ölkələrə köçürülməsinin zəruriliyi ilə bağlı bəyanatı Avropa ölkələrinin tənqidinə səbəb olub.

Almaniya, Böyük Britaniya, Fransa və İspaniyanın hakimiyyət orqanları bu fikrə qarşı çıxıblar. Bu arada İsrailin xarici işlər naziri Gideon Saar Qəzzanı “uğursuz sınaq” adlandırıb və Donald Trampı dinləməyə çağırıb. “Fələstinli mülki əhalinin Qəzzadan köçürülməsi nəinki qəbuledilməzdir, həm də beynəlxalq hüquqa ziddir. Almaniyanın xarici işlər naziri Annalena Baerbok Amerika prezidentinin fikrini şərh edərkən, “Bu, həm də yeni əzablara və nifrətə səbəb olacaq” – deyib. “Biz həmişə əmin olmuşuq ki, burada iki dövlət görməliyik. Böyük Britaniyanın Xarici İşlər Naziri David Lammy deyib: “Biz fələstinlilərin Qəzza və İordan çayının qərb sahilindəki vətənlərində yaşayıb inkişaf etdiyini görməliyik”. “İki dövlət”in müdafiəsinə dair tezis Fransa Xarici İşlər Nazirliyi tərəfindən də dəstəklənib. İspaniyanın xarici işlər naziri Xose Manuel vurğulayıb: “Qəzza Qəzzadan olan fələstinlilərin torpağıdır və onlar Qəzzada qalmalıdırlar”.

Gideon Saar, Avropa ölkələrinin tənqidlərinə cavab olaraq, Qəzza zolağının “Misir suverenliyi altında uğursuz olduğunu, Fələstin Muxtariyyətinə təhvil verildikdən sonra da uğursuzluğa düçar olduğunu” və “HƏMAS hakimiyyəti altında şübhəsiz ki, uğursuz olduğunu” söyləyib. “Gözləri açıq olan hər kəs anlayır ki, Qəzzanın indiki vəziyyətdə gələcəyi yoxdur”, – deyə o vurğulayıb: “İnanıram ki, prezident Trampın rəhbərliyi altında ABŞ administrasiyası ilə birlikdə ən azı özümüz və bütün Yaxın Şərq üçün daha yaxşı bir gələcək qurmağa çalışmaq imkanımız var”.

//Samir Qurbanov, Editor.az

Seçilən
3
editor.az

1Mənbələr