1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün İsfahan şəhərində keçiriləcək "Lian" qrupunun konserti qadın musiqiçiyə görə ləğv edilib.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə İranda İnsan Haqları Təşkilatı (HRANA) məlumat yayıb.
Məlumata görə, qrupun çıxışı üçün bütün lazımi icazələr öncədən alınıb, ancaq musiqiçi Möhsün Şərifyanın qızı Liana Şərifyanın iştirakı səbəbindən sözügedən konsert ləğv edilib və verilən lisenziya da etibarsız hesab olunub.