Demokrat.az xəbər verir ki, Ali Məhkəmə işin yenidən apellyasiya instansiyasında araşdırılması ilə bağlı qərar qəbul edib.
Abel Məhərrəmovu məhkəməyə verən Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirovun vəkili Anar Qasımlı "Qaynarinfo"ya xəbəri təsdiqləyib. Vəkil bildirib ki, birinci və apellyasiya instansiyaları işə ədalətli yanaşmamışdı. Bu baxımdan Ali Məhkəmənin qərarı təqdirəlayiqdir:
"Kassasiya şikayətində apellyasiya instansiyasının qərarının ləğv edilərək, Nazim Əmirovun xeyrinə qərar qəbul edilməsi istənilirdi. Lakin Ali Məhkəmə şikayəti qismən təmin edərək, işi təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar çıxardı. Bu halda belə qərarı müəyyən mənada ədalətli hesab etmək mümkündür. Ümid edirəm ki, apellyasiya instansiyasında təkrar baxış zamanı da ədalətli qərar çıxarılacaq".
İşin detallarına gəlincə, iddiaya görə, Abel Məhərrəmov Altıağac qəsəbəsində Naizm Əmirova məxsus torpaq sahəsini zəbt edərək, xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirib. Keçmiş rektor həmin ərazidə özünə dəbdəbəli villa tikib.
10Mənbələr
-
azia.azAbel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq ( 15290109)
-
moderator.azAbel Məhərrəmov uduzdu ( 15282463)
-
nuh.azAbel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq ( 15280669)
-
azpost.infoAbel Məhərrəmov Ali Məhkəmədə uduzdu- Torpaq qalmaqalına yenidən baxılacaq ( 15280241)
-
news365.azAbel Məhərrəmov Ali Məhkəmədə uduzdu ( 15279585)
-
oxu24.comAbel Məhərrəmov Ali Məhkəmədə UDUZDU - Torpaq qalmaqalı ( 15279441)
-
infoaz.wsAbel Məhərrəmov Ali Məhkəmədə uduzdu ( 15279373)
-
demokrat.azAbel Məhərrəmov uduzdu ( 15279303)
-
sonxeber.azAbel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq ( 15279259)
-
referans.azQalmaqal: Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu ( 15279013)