"Sabah" ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda evdə "Sumqayıt"la heç-heçə etdi - 0:0.
"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Vasili Berezutski oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Düzü, danışmaq çətindi. Ümid edirəm ki, nə vaxtsa "Sumqayıt"a qol vura biləcəyik.
- "Sabah" heyətindəki futbolçuların həm sayına, həm keyfiyyətinə, böyük ehtimalla aldığı maaşın səviyyəsinə görə də ölkədə üç klubdan biridi. Buna baxmayaraq, komanda premyer-liqada 5-ci pillədə qərarlaşıb. Kubok matçında isə evdə "Sumqayıt"la bacarmadız. Yaxşı imkanlara malik olduğunuz halda prioritetinizin kubok olduğunu bildirirsiz. Halbuki premyer-liqada mövsümün başa çatmasına hələ 15 tur var. Bu nə dərəcədə doğrudu?
- Təkcə kuboka yox, premyer-liqa oyunlarına da köklənirik. Qarşıda hələ xeyli oyun var. Məqsədimiz hər matçda qələbə qazanmaqdı.
- Premyer-liqada növbəti mövsümdən legioner limiti ləğv edildi. Bu məsələyə münasibətiniz necədi?
- Limit heç bir ölkəyə fayda verməyib. Mən limit formatına qarşıyam.
- Xəyal Əliyev yenə uzun müddət meydanda qaldı. Onun haqqında nə düşünürsüz?
- Xəyala həmişə şans verməyə çalışıram. Hansısa oyun olmayıb ki, meydana buraxmayım. Onu bəyənirəm. Perspektivli oyunçudu. Yaxşı gələcəyi var. Azərbaycanda belə futbolçulara şans vermək lazımdı.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta