AZ

Keçmiş xarici işlər naziri 27 il həbs cəzası aldı

Tacikistan Ali Məhkəməsi dövlət çevrilişinə cəhd işi üzrə hökm çıxarıb.

Yerli “Asia Plus” portalı xəbər verir ki, müttəhimlər, o cümlədən keçmiş xarici işlər naziri Hamroxon Zərifi 18 ildən 27 ilədək həbs cəzası alıb.

Ən uzun müddət – 27 il həbs cəzası sabiq nazirə, eləcə də keçmiş parlament üzvü və Tacikistan Demokratik Partiyasının sədri Səidcəfər Usmonzodaya verilib. Məhkəmə Demokratlar Partiyasının keçmiş sədr müavini, jurnalist Axmadşhoh Komilzodanı 18 il, Sosial Demokrat Partiyasının sədr müavini, hüquqşünas Şokirjon Hakimovu 18 il, jurnalist və Hakimovun qardaşı qızı Ruxşona Hakimovanı isə 8 il müddətinə azadlıqdan məhrum edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
7
editor.az

1Mənbələr