AZ

Qlaf Şolz Almaniya kanslerinə namizəd ola bilmədi

Almaniya Sosial Demokrat Partiyasının (SPD) həmsədri Lars Klinqbeyl ən azı iki dəfə Olaf Şolzdan fevralda keçiriləcək növbədənkənar seçkilərdə Almaniya kansleri vəzifəsinə namizəd olmaq planlarından imtina etməyi xahiş edib.

Lakin Şolz partiya rəhbərliyinin şübhələrinə baxmayaraq, “özlüyündə israr edib”.

“Tagesspiegel və T-online” nəşrinə görə, namizədin dəyişdirilməsi ilə bağlı müzakirələr Almaniyanın SPD, Yaşıllar və Azad Demokratik Partiyasından (FDP) ibarət hakim koalisiyasının dağılmasından az sonra başlayıb. Olaf Şolz “defolt” namizəd hesab edilib, lakin SPD rəhbərliyi ölkənin ən populyar siyasi xadimlərindən biri olan müdafiə naziri Boris Pistoriusun namizədliyinin irəli sürülməsini zəruri sayıb.
Məqalədə deyilir ki, SPD həmsədri Saskia Esken və baş katib Matthias Miersch də bu qənaətə gəliblər ki, Olaf Şolz namizəd olarsa, SPD böyük ehtimalla erkən parlament seçkilərində uduzacaq. Namizədin rəsmi təsdiqlənməsinə bir aydan az vaxt qalmış Boris Pistorius özünün namizədliyini istisna edib və qeyd edib ki, Olaf Şolzun timsalında SPD-nin “əla federal kansleri var”.

//Samir Qurbanov, Editor.az

Seçilən
2
editor.az

1Mənbələr