AZ

"Xalq Bank" işçilər axtarır - VAKANSİYALAR

Xalq Bank

İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi

Son tarix 03 mar 2025 - Müraciət et

Təsvir

  • Azərbaycan Respublikası qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, azad olması, başqa vəzifəyə keçirilməsinin rəsmiləşdirilməsi;
  • Azərbaycan Respublikası qanunvericiliyin tələblərinə əsasən məzuniyyət, ezamiyyət və digər işdə olmama hallarının rəsmiləşdirilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması;
  • Əmək müqavilələri, onlara əlavə və dəyişikliklərin edilməsi və onların müvafiq qaydada elektron hökümət portalında işlənməsi;
  • Əmək müqaviləsinin xitam verilməsinin rəsmiləşdirilməsi və müvafiq qaydada elektron hökümət portalında işlənməsi;
  • İşçilərin əmək və icra intizamının pozulması ilə bağlı müvafiq tədbirləri rəsmiləşdirmək;
  • Əmək intizamının monitorinqini həyata keçirmək, Bankın buraxılış nəzarət sistemi vasitəsilə alınan hesabatların araşdırılmasını və gecikmə halları ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Aylıq avans və əmək haqqı tabel uçotunu aparılması;
  • Ştat cədvəlinin tərtibi, ona müvafiq əlavə və dəyişikliklərin edilməsi;
  • İşçi heyəti ilə bağlı müxtəlif növ arayışları, xasiyyətnamələri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya xidmətinə Bankın əməkdaşlarının fərdi iş icazəsi, müvəqqəti yaşama icazəsinin alınması üçün sənədlərin hazırlamaq;
  • İşçilərin icbari tibbi müayinəsi, icbari və könüllü sığortası, sosial sığorta hadisələrinin baş verməsi zamanı müavinətlərin təyin edilməsi üzrə müvafiq sənədləşmə işlərini icra etmək.

Tələblər

  • Ali magistr təhsili;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
  • Sosial sığorta, sosial təminat qanunvericiliyini bilməli və miqrasiya qanunvericilyinin əsaslarını bilmək;
  • Əmək qanunvericiliyini mükəmməl bilməli 
  • Bu sahədə 3 (üç) ildən artıq təçrübə;
  • Əmək qanunvericiliyini bilmək;
  • Namizədlərin məlumatlarının 1C 8.3 versiyasında işləyə bilməsi;
  • Kompüter bilikləri;
  • Ofis ləvazimatları (printer, scanner, fax) ilə işləmək bacarığı;
  • Ünsiyyətcil, komandada işləmək bacarığı;
  • Stressə davamlılıq;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 3-4 il
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Magistr

 

Kredit İdarəsinin Layihə maliyyələşdirilməsi kreditlərinin təhlili və nəzarət şöbəsinin mütəxəssisi

 Son tarix 04 mar 2025 Müraciət et

Təsvir

  • Layihələrin maliyyələşdirilməsi məqsədilə biznes kreditlərinin əldə edilməsi üçün Banka daxil olan müraciətlərə baxmaq, aparılmış maliyyə-iqtisadi təhlilin tamlığını yoxlamaq, kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə bankdaxili qaydalara uyğun olaraq müvafiq səlahiyyətli kredit komitəsinin iclasının müzakirəsinə çıxarmaq üçün rəy hazırlamaq;
  • Layihə maliyyələşdirilməsi kreditləşməsinin bütün mərhələlərində prosesinin gedişatını izləmək, layihənin gedişatını nəzarətdə saxlamaq və zərurət olduqda müştərilərlə görüşlər keçirmək;
  • Bank tərəfindən maliyyələşdirilən layihələr ilə əlaqəli olan aktivin, o cümlədən həmin aktivin yaratdığı gəlirlər, həminçinin, layihələr üzrə kredit öhdəliklərinin icrası üçün yetərli pul axınları üzərində mütəmadi olaraq nəzarəti həyata keçirmək;
  • Layihənin inkişaf mərhələlərinin, proqnozlaşdırılan bütün xərclərinin, habelə əməliyyat fazasının əhatə olunduğu biznes plana uyğun olaraq layihənin icrasını nəzarətdə saxlamaq;
  • Layihənin icrası üçün layihəçi, podratçı və layihənin icrasında iştirak edən digər şəxslərlə müqavilələrin (niyyət protokolunun və ya digər razılaşma sənədinin), layihə üzrə zəruri olan bütün icazə və digər hüquqmüəyyənedici sənədlərin tamlığını yoxlamaq və layihə maliyyələşdirilməsi kreditləri üzrə vəsaitlərin yalnız tələb olunan icazə və digər hüquqmüəyyənedici sənədlər Banka təqdim edildikdən sonra verilməsinə nəzarət etmək;
  • Layihə maliyyələşdirilməsi kreditlərinin Bankın əməliyyat sistemində düzgün təsnifləşdirilməsinə nəzarət etmək;
  • Layihə maliyyələşdirilməsi kreditlərinin Mərkəzi Bankın müvafiq kreditlərin prudensial tənzimlənməsi qaydalarına uyğun rəsmiləşdirilməsinə nəzarət etmək;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar İdarə rəisi/müavin(lər)nin verdiyi, həmçinin, iş prosesi zamanı yaranan digər tapşırıqları yerinə yetirmək. 

Tələblər

  • İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
  • Biznes kreditləri, o cümlədən layihə maliyyəşdirilməsi kreditləri üzrə təhlil bacarığı və bu sahədə iş təcrübəsi;
  • Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 3-4 il
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Magistr

 

Kredit İdarəsinin Kredit portfelinin keyfiyyətinə nəzarət şöbəsi

 Son tarix 04 mar 2025 Müraciət et

Təsvir

  • Kredit portfelinin vəziyyətini və dinamikasını müntəzəm olaraq təhlil etmək;
  • Borcalanların vaxtı keçmiş borcu yarandıqda, bu borcun ödənilməsi, vaxtı keçmiş borcların sağlamlaşdırılması istiqamətində Bankın daxili normativ aktlarında müəyyən olunan tədbirlərin filiallar tərəfindən tam və vaxtında görülməsinə, aparılan təqib işinin səmərəliliyinə nəzarət etmək;
  • Problemli Kreditlərlə İş İdarəsinə təhvil verilməsi nəzərdə tutulan Kredit Dosyeləri üzrə müvafiq Rəy verilməsi
  • Problemli Kreditlərlə İş İdarəsinə təhvil verilməsi nəzərdə tutulan Kredit Dosyeləri üzrə nəzarət etmək və müştərilərlə əlaqə saxlamaq
  • Rəhbərliyin şöbənin fəaliyyət istiqamətlərinə aid olan sahələr üzrə verdiyi tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması;
  • Bankda Kredit sahəsində minimum 3 il iş təcrübəsi; (Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər)
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • İşdə dəqiqlik, analitik düşüncə və detallara fikirvermə qabiliyyəti;
  • İşgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodları bilməli;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti olmalı;
  • Komandada işləməyi bacarmalı;
  • Məsuliyyətli, düzgün və etibarlı olmalı;
  • Ünsiyyətcil və təşəbbüskar olmalı;
  • MS ofis proqramları və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
  • Mərkəzi Bankın Kredit sahəsi üzrə normativ aktları, Bankın Kredit sahəsi üzrə qaydalarını, normativ aktlarını bilməlidir.
  • Stressə davamlılıq;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 3-4 il
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Magistr
Seçilən
22
fed.az

1Mənbələr