Kaliforniya Universitetinin iqtisadçıları Ziyun Li və Uilyam Yunun hesabatına görə, Los-Anceles dairəsinin meşə yanğınları nəticəsində iqtisadi itkiləri 95 milyard dollardan 164 milyard dollara qədər dəyişə bilər.
Valyuta.az xəbər verir ki, yanvarın 7-də Los-Ancelesin şəhərətrafı ərazilərində meşə yanğınları başlayıb və hələ də davam edir. Təxminən 16,200 bina dağılıb, ən azı 29 nəfər ölüb. Sığortalanmış zərərlər ümumi zərərin cəmi 75 milyard dolları həcmində qiymətləndirilir.
Təsirə məruz qalan ərazilərdə yerli müəssisələr və işçilər üçün ümumi əmək haqqı itkisi iqtisadçılar tərəfindən 297 milyon dollar olaraq təxmin edilir və ştatın ÜDM-i son nəticədə bu il 4,6 milyard dollar və ya 0,5% azalacaq.
Kaliforniya Universitetinin iqtisadçıları tərəfindən təxmin edilən zərərin yuxarı həddi Los Angeles Kountinin illik büdcəsindən üç dəfə çoxdur. Bu rəqəmlər təsdiqlənərsə, hazırkı meşə yanğınları ABŞ-da 2005-ci ildəki Katrina qasırğasından sonra vurduğu ziyana görə ikinci ən ölümcül təbii fəlakət olacaq. Onun vurduğu ziyan 200 milyard dollar təşkil edib.
Paşa Məmmədli