AZ

"Groupone" işçi axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYA

Groupone

Təlim və İnkişaf üzrə Menecer

Son tarix 05 mar 2025 - [email protected]

"Groupone” MMC “PAUL” restoranınına “Təlim və İnkişaf üzrə Menecer” vəzifəsi üzrə vakansiya elan edir:

Vəzifə öhdəlikləri:

  • Təlim planı daxilində restoran filialları üçün təlim ehtiyacları analizinin hazırlanması;
  • Şirkət və restoran daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
  • Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsi;
  • Əməkdaşların səmərəli giriş təlimatı proqramlarının təşkil edilməsi;
  • Şirkətdaxili təlimlərin təşkil olunması;
  • Menecerlər ilə müzakirələr və sorğu anketləri vasitəsi ilə təlim proqresinin monitorinq və təhlili;
  • Təlim qiymətləndirmə sisteminin yaradılması və tətbiqi vasitəsilə əməkdaşların işinə treyninqin verdiyi töfhənin qiymətləndirilməsi;
  • Ehtiyac yarandıqda müxtəlif məsələlər ilə bağlı  təlim layihələrin təşkili;
  • Təlimlərdən nəticələrin əldə edilməsi üçün qərarların qəbulu zamanı treyninq üsulunun və texnikasının seçilməsi, eyni zamanda qiymətləndirmə meyarlarının tətbiq edilməsi;
  • İşçilərin treyninqlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədi ilə güclü kommunikasiya strategiyasının qurulması.

Namizədə dair tələblər:

  • Təcrübə: Restoran və hotel sferasının Təlim və inkişaf sahəsində 3 - 5 il iş təcrübəsi tələb olunur;
  • Rus və ingilis dilini bilmək mütləqdir;
  • Daxili treyninq mərkəzi konsepsiyasının anlayışı;
  • Təlim layihələrin idarəedilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
  • Kompüter bilikləri: PowerPoint, Word, Outlook və digər ofis proqramlarından istifadə etmək

İş qrafiki: 5 günlük

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir.
  • Əmək haqqı: 2000 AZN (nett)

Uyğun namizədlər öz cvlərini “Təlim və İnkişaf üzrə Menecer” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.

Seçilən
33
fed.az

1Mənbələr