Trabzonspor – Sivasspor matçında maraqlı anlar yaşanıb.

Offsideplus.az xəbər verir ki, Qaradəniz təmsilçisinin qapıçısı və kapitanı Uğurcan Çakır, matçın 46-cı dəqiqəsində "Trabzonspor"un qazandığı penalti zərbəsini özü yerinə yetirmək istəyib. Lakin "Sivasspor" futbolçularının etirazları və baş məşqçi Şenol Günəşin müdaxiləsi ilə bu qərardan imtina edib.

Nəticədə penaltini Simon Banza yerinə yetirib, lakin onun “Panenka” zərbəsi uğursuz alınıb və top qapıya daxil olmayıb.

Qeyd edək ki, Trabzonspor görüşü 4-0 hesabı ilə qalib başa vuraraq əhəmiyyətli üç xal qazanıb.