AZ

"Nvidia"nın rəhbəri cəmi iki həftəyə DLSS texnologiyasını icad edib

"Nvidia"nın tarixindən bəhs edən yeni kitab şirkətin tarixi ilə bağlı maraqlı detallar açıqlanıb. Məlum olub ki, sənaye üçün mühüm rol oynayan DLSS texnologiyası cəmi iki həftə ərzində yaradılıb və ideya birbaşa şirkətin rəhbəri Censen Xuana məxsus olub.

Qaynarinfo-nun məlumatına görə, müəllif Te Kim yazır ki, 2018-ci ildə keçirilən SIGGRAPH konfransı ərəfəsində Xuan mühəndislərindən möhtəşəm bir təqdimat üçün ideyalar irəli sürmələrini istəyib. Təkliflər arasında dərin öyrənmə texnologiyasına əsaslanan hamarlama üsulu (DLAA) da olub, lakin o, Xuan üçün yetərincə inqilabi görünməyib:

"Bəs əgər biz süni intellektdən istifadə edərək aşağı səviyyəli videokartların flaqman səviyyəsində işləməsini təmin etsək?"

Bu fikirdən sonra DLSS konsepsiyası doğulub: 1440p çözünürlükdə render edilən görüntünün 4K keyfiyyətinə yüksəldilməsi və bunun yüksək performansla qorunub saxlanılması.

Bir həftə sonra "Nvidia" tədqiqatçısı Aaron Lefon ilkin nəticələrin ümidverici olduğunu bildirib. Xuan dərhal bu yeniliyin təqdimata daxil edilməsinə göstəriş verib və nəticədə DLSS texnologiyası ilk dəfə ictimaiyyətə təqdim olunub.

Kitabda qeyd olunur ki, "Nvidia" texnologiyanın kommersiya potensialını dərhal anlayıb. Əgər DLSS uğur qazansa, bütün "GeForce" seriyası nəzərəçarpacaq performans artımı əldə edəcək və şirkət qiymətləri yüksəldə biləcəkdi. Nəticədə bu baş verib: bu gün DLSS "GeForce" videokartlarının əsas üstünlüklərindən biridir və AMD və "Intel" kimi rəqiblər hələ də "Nvidia" ilə süni intellekt əsaslı yüksəldilmə (upscaling) sahəsində rəqabət aparmağa çalışırlar.

Bundan əvvəl bildirilib ki, RTX 5060 və RTX 5060 Ti videokartlarının buraxılış tarixi açıqlanıb. "Nvidia"nın büdcə seqmentinə aid yeni məhsulları yazın əvvəlində satışa çıxarılacaq.

Paşa Məmmədli

Seçilən
31
valyuta.az

1Mənbələr