AZ

Marko Sala “Leççe”də

İtaliyanın “Komo” klubunun sol cinah müdafiəçisi Marko Sala bundan sonra “Leççe”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Leççe”nin rəsmi saytına istinadən xəbər verir.

Sözügedən klub 25 yaşlı italiyalı futbolçunu bu mövsümün sonunadək icarəyə götürüb.

Marko Sala Milan “İnter”inin yetirməsidir. O, “Arezzo”, “Sassuolo”, “Virtus Entella”, SPAL, “Krotone”, “Palermo” kimi klublarda da çıxış edib. 2023-cü ildən “Komo”da forma geyinən italiyalı futbolçu ölkəsinin U-18, U-19, U-20 və U-21 yığmalarında da oynayıb.

“Komo” indoneziyalı qapıçısı Emil Auderonu da “Palermo”ya icarəyə verib. 28 yaşlı qolkiper bu mövsümün sonunadək icarədə olacaq. “Yuventus”un yetirməsi olan qapıçı “Venesiya”, “Sampdoriya”, “İnter” kimi klublarda da çıxış edib. O, “Komo”ya cari mövsümün əvvəlində cəlb olunmuşdu. Əslən İndoneziyadan olmasına baxmayaraq, Emil İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.

Marko Salanı icarəyə götürmüş “Leççe” Belçikanın “Leuven” klubundan Konan N’Drini də transfer edib. 24 yaşlı ivuralı forvardın transferi İtaliya klubuna 1,5 milyon avroya başa gəlib. “Eupen”də də oynamış N’Dri, 2023-cü ildən “Leuven”in uğurları üçün çalışırdı.

“Leççe” təcrübəli mərkəz müdafiəçisi Kevin Bonifazi ilə də yollarını ayırıb. Sözügedən klub italiyalı futbolçunu bu mövsümün əvvəlində “Bolonya”dan icarəyə götürmüşdü. Amma Bonifazi “Leççe”dən erkən ayrılıb və “Sassuolo”ya icarəyə verilib. 28 yaşlı italiyalı futbolçu bu mövsümün sonunadək məhz sözügedən klubda icarədə olacaq.

“Torino”nun yetirməsi olan Kevin Bonifazi, karyerası ərzində “Benevento”, “Kasertana”, SPAL, “Torino”, “Udineze”, “Frozinone” kimi klublarda da forma geyinib.

Seçilən
85
arena.az

1Mənbələr