AZ

ABŞ-dən sonra Argentina da ÜST-dən çıxır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Argentina Prezidenti Xavyer Miley ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə göstəriş verib.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə hökumətin rəsmi nümayəndəsi Manuel Adorni bildirib.
"Bildirmək istərdim ki, Prezident Xavyer Miley Argentinanın ÜST-dən çıxması ilə bağlı xarici işlər naziri Xerardo Verteynə göstəriş verib", - Adorni mətbuat konfransında deyib.
O, bu addıma səbəblər arasında ilk növbədə COVID-19 pandemiyası zamanı sanitar siyasətlər ilə bağlı dərin fikir ayrılıqlarını qeyd edib.
Seçilən
4
oxu.az

1Mənbələr