AZ

Əliyev Türkiyə Kubokunda bir hissə oynadı, Dadaşov…

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 2-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qrup üzrə bütövlükdə dörd qarşılaşma baş tutub.

A qrupunda “İskenderunspor” – “Trabzonspor” matçı məhsuldar alınsa da, heç-heçə yekunlaşıb. “Rizəspor” isə “Ankaragücü” ilə ev oyunundan qalibiyyətlə ayrılıb. Ankara təmsilçisinin azərbaycanlı futbolçularından Renat Dadaşov bu görüşdə iştirak etməyib. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib. Həsən Əliyev isə fasilədən dərhal sonra meydana buraxılıb və sonadək mübarizə aparıb.

B qrupunda yer almış “Fənərbaxça” “Ərzurumspor”la ev oyununda 5 cavabsız qola sevinib.

D qrupunun yeganə oyununda isə “Bodrumspor” “Antalyaspor”a qalib gəlib.

Xatırladaq ki, Türkiyə Kubokunda hər qrupdan yalnız ilk iki yeri tutmuş komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Türkiyə Kuboku
Qrup mərhələsi, 2-ci tur
5 fevral

A qrupu

İskenderunspor – Trabzonspor 2:2
Qollar: M.Beşir, 27; 55 – Bataqov, 50. E.Destan, 70.

Rizəspor – Ankaragücü 2:1
Qollar: Vareşanoviç, 10. Yureçka, 15-pen – Koelyo, 77.

Xallar: Trabzonspor – 4. Karagümrük – 3. Rizəspor – 3. İskenderunspor – 2. Ankaragücü – 1. Alanyaspor – 0.

B qrupu

Fənərbaxça – Ərzurumspor 5:0
Qollar: Taliska, 33. C.Tosun, 50-pen. M.Yandaş, 78. En Nesiri, 81; 89.

Xallar: Fənərbaxça – 6. Qaziantep – 3. Göztəpə – 3. Kasımpaşa – 0. İstanbulspor – 0. Ərzurumspor – 0.

D qrupu

Bodrumspor – Antalyaspor 3:1
Qollar: G.Bayrakdar, 6; 84. Z.Dimitrov, 11 – Taunsend, 57.

Xallar: Beşiktaş – 6. Bodrumspor – 4. Sivasspor – 3. Antalyaspor – 3. Kırklarelispor – 1. Kocaelispor – 0.

Seçilən
66
1
arena.az

2Mənbələr