AZ

Əhməd Şaranın həyat yoldaşınının Osmanlılarla qan qohumluğu varmış

Suriya prezidenti Əhməd Şaranın həyat yoldaşı Lətifə əd-Durubinin Osmanlı dövlət məmuru Əlaəddin əd-Durubinin nəvəsi olduğu məlum olub.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Durubi təkcə dövlət xadimi deyil, həm də sultan Əbdülhəmidin həkimlərindən biri olduğu da dəqiqləşib.

Bir neçə gün öncə Türkiyəyə səfər etmiş Suriyanın müvəqqəti prezidenti Əhməd Şara və xanımı Lətifə əl-Durubinin ata-babaları dövlət xadimləri olublar. Köklü dövlət ənənəsi olan nəsildən gələn Durubi ailəsi Homsda aristokrat təbəqəni təmsil edib.

Lətifə xanımın ulu babası Əlaəddin əl Durubi vali və səfir olub. Osmanlı sancaqlarında mühüm vəzifələr tutan Durubinin babası Suriya siyasətində də nüfuzlu şəxslərdən biri kimi tanınıb.

1870-ci illərdə Durubinin ulu babası Homsun rəhbəri olub.

Əlaəddin əl Durubi ali təhsilini İstanbul Universitetinin Tibb Fakültəsində alıb. Tibb və siyasət təhsili alan Durubi türk və fransız dilləri bilib. Sivas, Kosovo, Bəsrə, Yəmən kimi Osmanlı coğrafiyasının bir çox yerində mahal valisi, qubernator və səfir kimi vəzifələrdə çalışan Durubi həm də həkim idi. O , II Əbdülhəmidin həkimlərindən biri kimi Osmanlı sarayında xidmət edib.

Birinci Dünya Müharibəsindən sonra Osmanlılar Suriyadan çəkildiyi üçün o, Dəməşqə qayıdıb və 1920-ci illərdə Kral Feysələ beyət edib. Daha sonra daxili işlər naziri vəzifəsində çalışıb.

Seçilən
19
2
publika.az

3Mənbələr