AZ

Estoniya BRELL-dən ayrılmazdan əvvəl ölkədəki enerji bloku sıradan çıxıb

Estoniya Belarus, Rusiya, Estoniya, Latviya və Litvanın (BRELL) vahid enerji sistemindən ayrılmazdan əvvəl ölkədə elektrik stansiyası və İES-də bir enerji bloku sıradan çıxıb.

“Report” xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

"Eesti Energia"dan bildirilib ki, enerji bloku təmir planına uyğun olaraq fevralın 6-da işlək vəziyyətə qayıdacaq.

Bundan əvvəl Estoniyanın Baş naziri Kristen Mixal BRELL-dən çıxdıqdan sonra ölkədə 72 saat ərzində elektrik enerjisinin kəsilə biləcəyini istisna etməyib.

Qeyd edək ki, Baltikyanı ölkələr BRELL-dən mümkün çıxış barədə ilk dəfə 2017-ci ildə bəyan ediblər. Onların bəyanatına görə, bunun səbəbi Rusiyadan enerji asılılığıdır.

Fevralın 8-də Litva, Latviya və Estoniya BRELL-dən ayrılacaq, əvvəlcə təcrid olunmuş rejimdə işləyəcək, bundan sonra isə nasazlıq olmadığı təqdirdə Avropa İttifaqının enerji şəbəkəsinə qoşulacaq.

Seçilən
25
1
report.az

5Mənbələr