Bakı. Trend:
Türkiyə Ukrayna münaqişəsinin ədalətli həllinintərəfdarıdır.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğan Ankarada almaniyalı həmkarı Frank-ValterŞtaynmayerlə görüşdən sonra deyib.
"Ukraynadakı müharibə sülhlə başa çatmalıdır. Biz Ukraynadaədalətli və davamlı nizamlamanın tərəfdarıyıq", - deyə TürkiyəPrezidenti bildirib.