Bu gün futbol üzrə İtaliya Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.
“Milan” doğma meydanda “Roma”nı sınağa çəkib. Dörd qolun qeydə alındığı oyundan inamlı qələbə ilə ayrılmış milanlılar yarımfinala vəsiqə qazanıblar.
Xatırladaq ki, daha öncə “Atalanta”ya səfərdə qalib gəlmiş “Bolonya” da yarımfinala yüksəlmişdi.
İtaliya Kubokunda 1/4 final mərhələsinin qalan iki oyunu fevralın sonlarında baş tutacaq.
İtaliya Kuboku
1/4 final
4 fevral
Atalanta – Bolonya 0:1
Qol: S.Kastro, 80.
5 fevral
Milan – Roma 3:1
Qollar: T.Abraham, 16; 42. J.Feliks, 72 – Dovbik, 54.
25 fevral
00:00. İnter – Latsio
26 fevral
00:00. Yuventus – Empoli