İspaniya Kubokunun 1/4 final mərhələsinin oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Madrid “Real”ı səfərdə son dəqiqə qoluyla “Leqanes”i məğlub edərək, adını yarımfinala yazdırıb.
Qeyd edək ki, ilk yarımfinalçı Madrid “Atletiko”sudur.
İspaniya Kuboku
1/4 Final
6 fevral
Leqanes – Real Madrid 2:3
Qollar: J.Kruz, 39, 59 – L.Modriç, 18, Endrik, 25, G.Qarsiya, 90+3