Bu gün futbol üzrə Almaniya Kubokunun 2024/2025-ci illər mövsümündə 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.
“Bayer” doğma meydanda aşağı liqa təmsilçisi “Köln”lə qarşılaşıb. Leverkuzen təmsilçisi 0:2 hesabıyla məğlub durumda olmasına baxmayaraq, əlavə vaxta qədər gedən bu matçın yekununda əzmkar qələbə qazanıb və yarımfinala yüksəlib.
Xatırladaq ki, mərhələnin açılış matçında “Ştutqart” da doğma meydanda “Auqsburq”a qalib gəlməklə finala yüksəlmişdi.
Almaniya Kubokunun 1/4 mərhələsinin qalan iki oyunu fevralın sonlarında keçiriləcək.
Almaniya Kuboku
1/4 final
4 fevral
Ştutqart – Auqsburq 1:0
Qol: Undav, 30.
5 fevral
Bayer – Köln 3:2
Qollar: Şik, 61; 90+6. Bonifase, 98 – Dauns, 45+10. Maina, 54.
25 fevral
23:45. Arminiya – Verder
26 fevral
23:45. Leypsiq – Volfsburq