AZ

Paytaxt klubu heyətinə yeni legioner cəlb etdi

"Sərhədçi" heyətinə yeni basketbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, paytaxt klubu ABŞ-dən olan Cimmi Nikolsla anlaşıb.

Oyunçu artıq komandanın məşqlərinə də qoşulub.

O, sabah "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Basketbol Liqasının XIV turunun matçında meydana çıxa biləcək.

"Neftçi" - "Sərhədçi" qarşılaşması fevralın 6-da, saat 19:00-da start götürəcək.

Seçilən
21
sportinfo.az

1Mənbələr