AZ

ABŞ səhiyyə məsələlərinə görə miqrantların ölkəyə girişinə qadağa qoya bilər

ABŞ prezidenti Donald Trampın administrasiyası qızılca və vərəmin yayılması ilə mübarizə bəhanəsi ilə sığınacaq axtaran şəxslərin ölkəyə girişini qadağan etməyi düşünür.

APA xəbər verir ki, bu barədə çərşənbə günü “Wall Street Journal” (WSJ) məlumat yayıb.

Məlumata görə, söhbət pandemiya zamanı qüvvədə olan 42-ci bölmənin bərpasından gedir.

Bu addım artıq Tramp tərəfindən dövlət başçısı kimi ilk müddətində atılıb və formal olaraq koronavirusun yayılmasının qarşısını almağa yönəlib.

42-ci bölmə ABŞ hökumətə sığınacaq axtaranların əksəriyyətini sanitar əsaslarla tez və qanuni şəkildə ölkədən çıxarmaq səlahiyyəti verdi.

Ağ Evin planlarına görə, bu dəfə 42-ci bölməyə müraciət edilməsinə səbəb miqrasiya nəticəsində vərəm və qızılca xəstəliyinin yayılması təhlükəsi olacaq.

ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti vəziyyəti təhlil etmək üçün öz işçilərini cənub sərhədinə göndərəcək.

Nəşr qeyd edir ki, Kanzas hazırda vərəm epidemiyası ilə mübarizə aparır və bəzi ştatlarda, o cümlədən Texasda qızılcaya yoluxma halları qeydə alınıb.

Səlahiyyətlilər bunun ABŞ-nin cənub sərhədinin kütləvi şəkildə keçilməsi ilə bağlı olub-olmadığını hələ bilmirlər.

Seçilən
21
4
apa.az

5Mənbələr