AZ

KİV: ABŞ sanitar səbəblərə görə miqrantların ölkəyə girişini qadağan edə bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası qızılca və vərəmin yayılması ilə mübarizə bəhanəsi ilə sığınacaq axtaran şəxslərin ölkəyə girişini qadağan etməyi düşünür.

“Report” xəbər verir ki, bu barədə çərşənbə günü “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Məlumata görə, söhbət pandemiya zamanı qüvvədə olan “42-ci Bölmə”nin bərpasından gedir. Bu tədbir artıq Tramp tərəfindən onun dövlət başçısı kimi ilk müddətində qəbul olunub və formal olaraq koronavirusun yayılmasının qarşısını almağa yönəlib. “42-ci Bölmə” ABŞ səlahiyyətlilərinə sığınacaq axtaranların əksəriyyətini sanitar əsaslarla tez və qanuni şəkildə ölkədən çıxarmaq səlahiyyəti verib.

Ağ Evin planına görə, bu dəfə “42-ci Bölmə”yə müraciət edilməsinə səbəb miqrasiya nəticəsində vərəm və qızılca xəstəliyinin yayılması təhlükəsi olacaq. ABŞ-nin Səhiyyə və Sosial Xidmətləri Nazirliyi vəziyyəti təhlil etmək üçün öz işçilərini Amerikanın cənub sərhədinə göndərəcək.

Nəşr qeyd edib ki, Kanzas hazırda vərəm epidemiyası ilə mübarizə aparır və bəzi ştatlarda, o cümlədən Texasda qızılcaya yoluxma halları qeydə alınıb.

Seçilən
32
5
report.az

6Mənbələr